Argentinalı futbolçu oyun zamanı huşunu itirib

09:50 15-11-2017
Argentinalı futbolçu oyun zamanı huşunu itirib

Argentina yığmasının hücumçusu Serxio Aquero Krasnodarda Argentina ilə Nigeriya komandaları arasında keçirilən yoldaşlıq matçı zamanı huşunu itirib.
Sportmedia Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə "Krasnodar" şəhər stadionunun geyinmə otağında baş verib. Birinci hissədə qol vuran hücumçu özünü pis hiss etdiyindən ikinci hissədə başqası ilə əvəzlənib.
Hücumçu Krasnodarın xəstəxanalarından birinə çatdırılıb və ona lazımı tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşıb.
Qeyd edək ki, yoldaşlıq oyunu Nigeriyanın 4:2 hesablı qələbəsi ilə bitib.


.
.
.
0.31450891494751