DÇ-2018: 30 iştirakçı məlumdur

12:49 15-11-2017
DÇ-2018: 30 iştirakçı məlumdur

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, Danimarka pley-offda İrlandiyanı böyük hesabla (5:1) məğlub edərək mundiala yollanıb.
Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 30-a çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya, İsveçrə və İsveç yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
Mundialda 32 komanda iştirak edir ki, qalan 2 iştirakçının da adı tezliklə müəyyənləşəcək.
15 noyabr. Avstraliya – Honduras (ilk oyun: 0:0)
16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0)


.
.
.
0.3138439655304