Matçdan qayıdan mikroavtobusun qəzaya düşməsiylə 5 nəfər öldü

14:24 15-11-2017
Matçdan qayıdan mikroavtobusun qəzaya düşməsiylə 5 nəfər öldü

Rusiyanın Krasnodar şəhərində Argentina və Nigeriyanın yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan qayıdan azarkeşlər qəzaya düşüblər.
Sportmedia.az life.ru saytına istinadən xəbər verir ki, hadisə Rostov vilayətinin Azov rayonunda baş verib. Fanatları gətirən mikroavtobusun yol kənarında dayanmış “KamAz”a çırpılması nəticəsində 5 nəfər həlak olub. Ölənlərdən 2-si azyaşlıdır.
Mikroavtobusda xəsarət alan digər 7 nəfər xəstəxanaya yerləşdirilib.


.
.
.
0.33193206787109