Qurban Qurbanov ilk seçimini etdi

17:19 15-11-2017
Qurban Qurbanov ilk seçimini etdi

Azərbaycanın futbol üzrə milli komandasına mətbuat katibi təyin olunub.
Sportmedia.az xəbər verir ki, hazırda “Zirə” klubunda mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyan Elman Himayətoğlu bundan sonra eyni vəzifəni milli komandada icra edəcək. Himayətoğlu bildirib ki, milli komandadakı işə görə “Zirə” klubundan ayrılacaq.
İTV-nin keçmiş əməkdaşı gələn il yanvarın 1-dən milli komandada fəaliyyətə başlayacaq.
Milli komandanın baş məşqçisi Qurban Qurbanovdu.(komanda.az)


.
.
.
0.40765309333801