Dünya çempionatının bütün iştirakçıları məlum olub

10:26 16-11-2017
Dünya çempionatının bütün iştirakçıları məlum olub

DÇ-2018-in 32-ci iştirakçısı müəyyənləşdi.
Sportmedia.az xəbər verir ki, mundiala vəsiqə qazanan sonuncu komanda Peru olub. Peru millisi pley-off oyunlarında Yeni Zelandiyanı məğlub edib.
Yeni Zelandiyada keçirilən ilk görüşdə hesab açılmamışdı -0:0. Cavab qarşılaşmasında isə Peru 2:0 hesabı ilə qalib gəlib.
Ölkədə yığmanın dünya çempionatında iştirak etmək hüququ qazanması münasibətilə bir gün qeyri-iş günü elan olunub.


.
.
.
0.65451216697693