Rüşvət iddiasına görə intihar etdi

16:30 16-11-2017
Rüşvət iddiasına görə intihar etdi

Argentinanın sabiq futbol funksioneri Xorxe Delxon intihar edib.
Sportmedia.az xəbər verir ki, Xorxe ona qarşı rüşvət alma ittihamı səsləndikdən bir neçə saat sonra öz canına qəsd edib. O, əvvəllər dövlət proqramı olan “Futbol para Todos” (“Futbol hamı üçün”) layihəsində çalışıb.
Nyu-Yorkda noyabrın 14-də keçirilən məhkəmədə Argentinanın idman marketniq kompaniyasının sabiq rəhbəri Alexandro Burtsaqo bildirib ki, Xorxe Delxona 1 milyon dollar rüşvət verib.
Bundan bir neçə saat sonra Xorxe Buenos-Ayresdə özünü qatarın altına ataraq intihar edib.


.
.
.
0.30899405479431