““Qarabağ”la oynamağa hazır olmadığımızı göstərdik”– Samir Abasov

22:10 17-11-2017
““Qarabağ”la oynamağa hazır olmadığımızı göstərdik”– Samir Abasov

“Rəqibi təbrik edirəm. Azlıqda qalmalarına baxmayaraq, layiqli qələbə qazandılar”.
Sportmedia.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
Azərbaycan Premyer Liqasının XII turunda səfərdə “Qarabağ”la qarşılaşan “kimyaçılar”ın çalışdırıcısı oyundan sonra qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
O, matçı belə şərh edib: “Yəqin nəyisə səhv etdik ki, uduzduq. Ümumiyyətlə, bu gün “Qarabağ” kimi komandaya qarşı oynamağa hazır olmadığımızı göstərdik. Bacardığımız bu idi. Rəqib bütün oyuna nəzarət etdi. Meydana uduzmaq üçün çıxmamışdıq. Mübarizə apardıq. Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi. Bəlkə də, rəqib 10 nəfərlə qaldıqdan sonra fərqli oyun sərgiləməli idik. Bu gün “Qarabağ” digər klubları aşkar üstələyir. Turnir cədvəlində onlardan çox da geri deyilik. Lakin oyunda onlardan aşkar geri qaldığımız meydanda göründü”(apasport.az).


.
.
.
0.38187003135681