“Bizə asan olmayacaq” - Şahin Diniyev

23:00 17-11-2017
“Bizə asan olmayacaq” - Şahin Diniyev

“Kəpəz” Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “Səbail” ilə keçiriləcək oyunun hazırlıqlarını başa vurub.
Sportmedia.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matç öncəsi fikirlərini kapazpfc.az saytı ilə bölüşüb: “Bizim üçün çox vacib oyundur. “Səbail” ilə aramızdakı xal fərqini aradan qaldırmaq üçün qələbə qazanmalıyıq. Rəqib yaxşı komandadır. Heyətləri yerli və gəlmə futbolçulardan formalaşıb. Bizə asan olmayacaq. Ən çətin oyunlarımızdan birini keçirəcəyik. Meydana 3 xal üçün çıxacağıq. Heç vaxt optimal heyətlə oynaya bilməmişik. Çünki həmişə zədəli futbolçularımız olub. Amma qarşıdakı matça nikbin baxa bilərik. Çünki zədəlilərimiz sağalıb. Düzdür, fiziki formaları istənilən səviyyədə deyil. Amma onların sağalması məni sevindirir. Futbolçular komandaya maksimum şəkildə fayda vermək üçün meydançaya çıxacaqlar”.


.
.
.
0.31813883781433