Avropanın bir neçə klubu Özili istəyir 

10:27 18-11-2017
Avropanın bir neçə klubu Özili istəyir 

Mövsümün sonunda “Arsenal”la müqavilə müddəti bitəcək Məsut Özilin xidmətində Avropanın bir neçə klubu maraqlıdı.
Sportmedia.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “Evening Standard” nəşri yayıb. Xəbərdə türk əsilli futbolçunun xidmətində “Atletiko”(madrid) ilə yanaşı, “Milan”, “Mançester Yunayted” və “Fənərbaxça” kimi klubların da maraqlı olduğu qeyd edilib. “Topçular” 29 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyi planlaşdırsa da, Özil London klubunda qalmaq fikrində deyil.
Xatırladaq ki, dünən yayılan məlumatlarda “Atletiko”nun Almaniya yığmasının üzvüylə danışıqlara başladığı qeyd edilmişdi.


.
.
.
0.35743689537048