""Keşlə”ni yaxşı analiz etmişdik" -Ayxan Abbasov

16:42 18-11-2017
""Keşlə”ni yaxşı analiz etmişdik" -Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Keşlə”ni məğlub edən (1:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb
Sportmedia.az xəbər verir ki, Abbasov əvvəlcə matçla bağlı fikirlərini bildirib:
- Bizim üçün vacib qələbə idi. İki ardıcıl qələbədən sonra komandanı bu oyuna hazırlamaq asan deyildi. Futbolçular bu oyuna yaxşı köklənmişdilər. Rəqibin turnir cədvəlində vəziyyəti yaxşı olmasa da, onlarla oyun həmişə çətin olur. “Keşlə”ni yaxşı analiz etmişdik. Növbəti turda bizi “Qarabağ”la çətin oyun gözləyir. Həmin oyuna yaxşı hazırlaşmağa çalışacağıq.
- 13 günlük fasilənin komandaya təsiri necə oldu?
- Fasilənin komandaya xeyri də oldu, ziyanı da. Məncə, bizim komandaya xeyri daha çox oldu. “Neftçi” və “Qəbələ” ilə oyunlardan sonra komandaya istirahət lazım idi.
- “Zirə” sanki mövsümün əvvəli ilə müqayisədə daha zəif təsir bağışlayır...
- Komandanın oyununda geriləmə yoxdu. Sadəcə, rəqiblər artıq bizi yaxşı analiz edir. Həm də, mövsümün əvvəlində biz çempionata daha yaxşı hazırlaşmışdıq.
- Yayda fiziki yüklənməni avrokuboklara uyğun keçmişdiz, yoxsa çempionat oyunlarını da düşünmüşdüz?
- Həmin vaxt da demişdim ki, biz təkcə Avroliqanı yox, çempionata hazırlığı da düşünmüşdük. Bunun da nəticəsində hələ də yüksək pillələrdə qərarlaşmışıq.
- Qarşıda “Qarabağ”la oyun var...
- “Qarabağ” Azərbaycan futbolunun brendidi. Bu komanda ilə ilk oyunda futbolçularım sübut etdi ki, bu rəqibə qarşı oynamaq mümkündü. “Qarabağ”ın hətta ehtiyat oyunçuları da digər komandalarda lider ola bilər. Öz meydanımızda oynayacağıq, çalışacağıq ki, bu üstünlükdən yararlanaq.
- Təmkin Xəlilzadənin əvəzlənməsinə səbəb nə idi?
- O, bu gün verilən tapşırqları yerinə yetirdi. Ancaq ikinci hissədə rəqib uzun toplardan çox istifadə edirdi. Buna görə, daha təcrübəli Aleksandr Şemonayevi meydana buraxdım. Həm də, Təmkin bir qədər yorulmuşdu.
- Təmkinə daha çox yarımmüdafiə, yoxsa müdafiədə şans verməyə üstünlük verirsiz?
- Bu, rəqibin kimliyindən asılı olaraq dəyişir. Özü daha çox yarımmüdafiədə oynamaq istəyir. Ancaq həm müdafiədə, həm də yarımmüdafiədə yaxşı təsir bağışlayır. Ümid edirəm ki, gələcəkdə yığmaya çox xeyri dəyəcək.(komanda.az).


.
.
.
0.32073187828064