Şahin Diniyev istefa verdi

18:04 18-11-2017
Şahin Diniyev istefa verdi

"Kəpəz”in baş məşqçisi Şahin Diniyev istefa verib.
Sportmedia.az komanda.aza istinadən xəbər verir ki, Diniyev bu addımı ölkə çempionatının 12-ci turu çərçivəsində bu gün keçirilmiş “Səbail”lə oyundan sonra atıb. 51 yaşlı mütəxəssis evdə 2:3 hesablı məğlubiyyətin ardından təşkil edilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.
Klub rəhbərliyinin onun istefasını qəbul edib-etməyəcəyi bəlli deyil.
Şahin Diniyev 2015-ci ildən "Kəpəz"i çalışdırırdı. Komanda cari mövsümdə 12 turdan sonra 7 xalla sonuncu pillədə qərarlaşıb.


.
.
.
0.30639886856079