Təxminən 1000 bilet satışa çıxarılıb

18:23 18-11-2017
Təxminən 1000 bilet satışa çıxarılıb

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin son ev oyununda “Çelsi”ylə matçın satışa çıxarılan biletlərin bitdiyi barədə xəbər vermişdik.
Sportmedia.az xəbər verir ki, rəqib onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib. “Qarabağ” oyuna olan böyük marağı nəzərə alaraq həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadır, satış məntəqələrinə yaxınlaşaraq biletlərinizi əldə edə bilərsiniz.
Satış məntəqələri:
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)


.
.
.
0.31780600547791