"Neftçi" – "Qəbələ" matçının biletləri satışda

21:44 18-11-2017
"Neftçi" – "Qəbələ" matçının biletləri satışda

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qəbələ” oyununun biletləri satışa çıxarılıb.
Sportmedia.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki “Neftçi”nin rəsmi fan-şopundan əldə etmək mümkündür.
Qeyd edək ki, noyabrın 19-da "Bakcell Arena”da keçiriləcək oyun saat 17:00-da başlanacaq.


.
.
.
0.31649398803711