“Herakl” vəfat etdi

20:19 18-11-2017
“Herakl” vəfat etdi

Əfsanəvi türkiyəli atlet, üçqat olimpiya çempionu Naim Süleymanoğlu 51 yaşında vəfat edib.
Sportmedia.az xəbər verir ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən atlet Ataşəhir şəhər xəstəxanasında dünyasını dəyişib. Onun erkən ölümünə qaraciyərindəki problem səbəb olub.
“Cib Heraklı” ləqəbi ilə tanınan N.Süleymanoğlu ağır atletika tarixində ilk üçqat olimpiya çempionu (1988, 1992, 1996), yeddiqat dünya çempionudur. 46 dəfə dünya rekordu vurub. İdmanın bu növü tarixində ən titullu ağırlıqqaldıran hesab olunur.


.
.
.
0.32662200927734