Avstraliya millisinin baş məşqçisi istefa verdi

10:39 22-11-2017
Avstraliya millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə Avstraliya millisinin baş məşqçisi Anqelos Postekoqlu vəzifəsindən istefa verib.
Sportmedia.az xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssis Sidneydə keçirilən mətbuat konfransında məlumat verib.
Postekoqlu yığmaya 2013-cü ilin oktyabrında baş məşqçi təyin olunub.
Onun rəhbərliyi altında Avstraliya yığma komandası Rusiyada keçiriləcək 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb. Komanda "play-off" matçında Hondurası məğlub edərək mübarizədən kənarlaşdırıb.


.
.
.
0.34782290458679