““Qarabağ”ın hansı nəticəni göstərməsindən asılı olmayaraq,…..”- Simeone

11:33 22-11-2017
““Qarabağ”ın hansı nəticəni göstərməsindən asılı olmayaraq,…..”- Simeone

“Roma” ilə İtaliyada keçirdiyimiz oyundan sonra rəqib çox “artırıb”.
Sportmedia.az xəbər verir ki, bu sözləri “Atletiko”(Madrid)nun baş məşqçisi Dieqo Simeone deyib.
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan Atletiko bu gün V tur çərçivəsində “Roma” ilə qarşılaşacaq. Madridliləri növbəti mərhələ şansını davam etdirmək üçün “Vanda Metropolitano” stadionunda yalnız qələbə qazanmalıdır. Simeonenin komandası qarşıdakı iki matçda qələbə qazansa belə, 1/8 finala vəsiqə qazanıb-qazanmamağı “Qarabağ”dan asılı olacaq.
Ancaq argentinalı mütəxəssis Azərbaycan çempionunun çıxışı barədə düşünmədiklərini bildirib: “Roma”nın futbolçuları nə etdiklərini yaxşı bilirlər və bunun uğurlu yol olduğuna inanırlar. Qələbə qazandıqca özlərinə inamı daha da artır. Rəqibin heyətində Daniele De Rossi kimi təcrübəli futbolçu var. Hansı ki, bu vəziyyəti idarə edəcək səviyyədədi. Biz hazırda yalnız özümüz barədə düşünməliyik. Bundan sonra “Qarabağ”ın nəticəsinə baxmaq olar. Ümumiyyətlə, “Qarabağ”ın hansı nəticəni göstərməsindən asılı olmayaraq, öz oyunumuza köklənməliyik. Çox az vaxtımız qalıb. Həyatı gözəlləşdirən məqamlardan biri də bəzən gözlənilməz hadisələrin baş verməsidi. Biz də qarşıdakı iki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, sona 2 tur qalmış “Atletiko” 3 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb. Lider “Roma”nın 8, “Çelsi”nin 7, “Qarabağ”ın isə aktivində 2 xal var.


.
.
.