DÇ-2018-in seçmə mərhələsində hansı ulduzlar iştirak edəcək?

14:26 21-11-2017
DÇ-2018-in seçmə mərhələsində hansı ulduzlar iştirak edəcək?

DÇ-2018-in final mərhələsinin püşkatma mərasimində iştirak edəcək dünya ulduzlarının adları bəlli olub.
Sportmedia.az xəbər verir ki, bu haqda FİFA məlumat yayıb.
Dekabrın 1-də Kremldə keçiriləcək mərasimdə Loran Blan, Qordan Benks, Fabio Kannavaro, Kafu, Dieqo Maradona, Karles Puyol və Dieqo Forlan iştirak edəcəklər.
Dünya kubokunu səhnəyə Almaniya millisinin sabiq üzvü Miroslav Kloze gətirəcək. Bu şəxslərin hər biri indiyə qədər dünya çempionu olmuş ölkələri təmsil edəcəklər.
Püşkatma mərasimini isə Hari Linekerlə Mariya Komandnaya aparacaq.


.
.
.