"Qarabağ" - "Çelsi" oyununda tamaşaçı sayı rekordu 

14:29 23-11-2017
"Qarabağ" - "Çelsi" oyununda tamaşaçı sayı rekordu 

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Çelsi” matçında (0:4) azarkeş sayı rekordu qeydə alınıb.
Sportmedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmanı 67100 tamaşaçı izləyib ki, bu da, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş qarşılaşmalar arasında ən yüksək göstəricidi.
Bakıdakı oyundan sonra ən çox tamaşaçı Dortmundda qeydə alınıb. “Borussiya”nın “Tottenhem”ə uduzduğu (1:2) matçı 65849 azarkeş izləyib.
ÇL-in bu həftəsində ən az azarkeş isə Monakoda qeydə alınıb. “II Lui” stadionunda keçirilmiş “Monako” - “Leyptsiq” oyununda (1:4) cəmi (9029) tamaşaçı qeydə alınıb.


.
.
.
0.5881199836731