Böyük Britaniya səfiri - “Bunların hamısı böyük nailiyyətdir"

17:26 23-11-2017
Böyük Britaniya səfiri - “Bunların hamısı böyük nailiyyətdir"

"Təəssüf ki, "Qarabağ" matçın əvvəlində azlıqda qaldı və uzun müddət 10 nəfərlə oynadı. Stadiondakı ab-hava gözəl, arenanın özü isə möhtəşəm idi".
Sportmedia.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroft deyib. Xanım diplomat "Qarabağ"ın uğurlarına və Azərbaycan futbolunda əldə olunmuş nailiyyətlərə diqqət çəkib: "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlişi erkən baş verdi. Bu da Azərbaycan futbolu tarixində böyük uğurdur. Belə qısa vaxtda Azərbaycanda milli komanda, yerli klublar, uşaq futbolu inkişaf etdirildi, istedadlı futbolçular üzə çıxır. Bütün bunlar böyük nailiyyətdir".
Qeyd edək ki, "Qarabağ" ötən gün İngiltərənin "Çelsi" komandasına 0:4 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında qrup mərhələsini dəf edə bilməyib.


.
.
.
0.41318202018738