"Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" - Simeone

20:33 23-11-2017
"Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" - Simeone

"Reallıq budur ki, "Roma" "Qarabağ"dan güclüdür".
Sportmedia.az xəbər verir ki, bunu İspaniyanın "Atletiko"(Madrid) komandasının baş məşqçisi Dieqo Simeone "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin son turunda İtaliyada "Roma" ilə keçirəcəyi matç barədə danışarkən deyib. Argentinalı mütəxəssis Azərbaycan təmsilçisinin səfərdə "Roma"nı məğlub edəcəyinə o qədər də əmin olmadığını bildirib.
Lakin o, futbolda gözlənilməz halların da baş verdiyini əlavə edib: "Biz inanmalı, son turda "Çelsi"yə İngiltərədə qalib gəlməli, sonra isə taleyimizin necə olacağını görməliyik. Gözləyək və baxaq".
Qeyd edək ki, C qrupunda 5 turdan sonra "Çelsi" 10 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Qrupdan ikinci vəsiqə uğrunda 8 xala malik "Roma" ilə 6 xalı olan "Atletiko" mübarizə aparır. 2 xalı olan "Qarabağ" isə Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə verən 3-cü pillədən də məhrum olub. "Atletiko" ikinci yeri tutmaq üçün sonuncu turda "Çelsi"ni məğlub etməli, "Roma" isə "Qarabağ"la qarşılaşmada xal itirməlidir.


.
.
.
1.7896180152893