"Roma" - "Qarabağ" matçının biletləri sabahdan etibarən satışda

22:11 23-11-2017
"Roma" - "Qarabağ" matçının biletləri sabahdan etibarən satışda

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın "Roma"yla səfər matçını stadiondan izləmək istəyən azarkeşlər sabahdan etibarən (həftə içi hər gün, saat 10:00-dan 18:00-a qədər )oyunun biletlərini klubun bazasından ala bilərlər.
Sportmedia.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. Biletləri almağa gələnlər özüylə xarici pasport da gətirməlidilər.
QEYD: Ödənişlər yalnız avroyla həyata keçirilir. Bir biletin qiyməti 40 avrodur.


.
.
.
0.44668507575989