Azərbaycan  rəsmi protest verdi

12:24 11-08-2012
Azərbaycan  rəsmi protest verdi

Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi bu gün XXX Yay Olimpiya Oyunlarının yarımfinalında mübarizəni dayandıran Məhəmmədrəsul Məcidovla (+91 kq) bağlı rəsmi protest verib. 

Sportmedia.az  olimpiya.az saytına istinadən yaydığı xəbərə görə, Beynəlxalq Həvəskar Boks Assosiasiyasına ünvanlanan yazılı şikayətdə hakimlərin Azərbaycan idmançısına qarşı qeyri-obyektiv və ədalətsiz qərarlar vermələri diqqətə çatdırılıb.

ABF rəsmilərinin fikrinə görə, hakimlər Məcidovla italiyalı Roberto Kammarelli arasında keçirilən döyüşdə ədalət prinsiplərini pozaraq, xalları düzgün qeydə almayıblar. Onlar xüsusilə 2-ci və 3-cü raundunda yığmamızın üzvünə qarşı qeyri-obyektivlik nümayiş etdiriblər. Nəticədə 1 xal fərqi ilə uduzan boksçumuz finala yüksələ bilməyib.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov ilk raundda Roberto Kammarelliyə 6:4 hesabı ilə qalib gəlib. Lakin hakimlər növbəti iki raundda qələbəni İtaliya təmsilçisinə veriblər (6:4, 3:2). Yekunda idmançımız 12:13 hesabı ilə məğlub olaraq, bürünc medalla kifayətlənib.


.
.
.
0.63147187232971