"Qarabağ" xoreoqrafiya üçün "1907 ÜNİFEB"ə təşəkkür etdi

21:48 24-11-2017
"Qarabağ" xoreoqrafiya üçün "1907 ÜNİFEB"ə təşəkkür etdi

Məlum olduğu kimi, "Çelsi"ylə qarşılaşmada "Qarabağ" Futbol Klubu 20 000 azarkeş iştirakıyla Azərbaycan futbol tarixində ən böyük xoreoqrafiyanı gerçəkləşdirdi.
Sportmedia.az xəbər verir ki, "Qarabağ" 1 həftə öncədən Türkiyədən gələrək həmin tarixi anların reallaşmasında dəstək verən "1907 ÜNİFEB" dərnəyinin üzvlərinə təşəkkür edib. Bu barədə məlumatı klubun saytı yayıb.
Qeyd edək ki, qarşılaşmada "Qarabağ" “Çelsi”yə 0:4 hesabı ilə məğlub olmuşdu.


.
.
.
0.40785884857178