Baş məşqçinin brifinqi olacaq

12:21 28-11-2017
Baş məşqçinin brifinqi olacaq

Dekabrın 2-dən 7-dək İranda keçiriləcək “4 Top Nations” beynəlxalq turnirində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda məşqlərə başlayıb.
Sportmedia.az xəbər verir ki, dekabrın 1-nə qədər paytaxtda hazırlıq keçəcək millinin noyabrın 30-da, Bakı İdman Sarayında keçiriləcək və saat 17:00-da başlayacaq məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq, həmçinin baş məşqçinin və bir neçə futzalçının iştirakı ilə brifinq təşkil olunacaq.


.
.
.
0.45450901985168