Filipe Luis “Qarabağ"la oyundan sonra səhərədək yata bilməyib

13:52 28-11-2017
Filipe Luis “Qarabağ"la oyundan sonra səhərədək yata bilməyib

İspaniyanın "Atletiko"(Madrid) komandasının futbolçusu Filipe Luis Çempionlar Liqasında "Qarabağ"la keçirdikləri matçlardan sonra keçirdiyi hissləri etiraf edib.
Sportmedia.az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi "Cadena Ser" radiosuna açıqlama verib.
Braziliyalı oyunçu deyib ki, Madriddə 1:1 hesablı heç-heçə etdikləri görüşün ardından gecəni yata bilməyib: "Mən səhər saat 8-də yuxuya getdim və 8:30-da ayıldım".
Təcrübəli futbolçu "Atletiko"nun Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmasının çox çətin olduğunu da söyləyib: "Əlbəttə, şansımız var. Amma "Atletiko"nun 16 ən güclü arasında olması çox çətindir".
Qeyd edək ki, "Atletiko"nun "Qarabağ"la görüşü Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə ilə nəticələnib. C qrupunda 5 turdan sonra 10 xalı olan İngiltərənin "Çelsi" komandası birinci yeri tutub və Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edib. İkinci vəsiqə uğrunda 8 xala malik İtaliya "Roma"sı ilə 6 xalı olan "Atletiko" mübarizə aparır. Son turda "Roma" "Qarabağ"ı qəbul edəcəksə, "Atletiko" "Çelsi"nin qonağı olacaq. İspaniya təmsilçisi 1/8 finala yüksəlmək üçün İngiltərədə mütləq qalib gəlməli və "Roma"nın xal itkisinə ümid etməlidir.


.
.
.
0.39212203025818