Sumqayıtda müəllimlər üçün məşqçi kursu keçirilib 

11:10 29-11-2017
Sumqayıtda müəllimlər üçün məşqçi kursu keçirilib 

AFFA tərəfindən Sumqayıtda fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) futbol biliyinin artırılması məqsədi ilə D kateqoriyalı məşqçi kursu keçirilib.
Sportmedia.az xəbər verir ki, kursda 48 müəllim iştirak edib. Sonda kurs iştirakçılarına AFFA tərəfindən sertifikat verilib.
Qeyd edək ki, bu sayca üçüncü belə kursdur. İlk kursda “Məktəblərdə Futbol dərsi” layihəsinə qoşulan məktəblərin müəllimləri iştirak edib. Daha sonra Xətai rayonunda fəaliyyət göstərən məktəb müəllimləri üçün belə kurs keçirilib.


.
.
.
0.45979905128479