AFFA-dan ömürlük cəza

14:11 01-12-2017
AFFA-dan ömürlük cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportmedia.az xəbər verir ki, iclasda son vaxtlar oyun alqı-satqısında adları hallanan futbolçular Mirhüseyn Seyidov və Nizami Hacıyevin ömürlük futboldan kənarlaşdırılması barədə qərar qəbul edilib:
“Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdirilsin.
Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.


.
.
.
0.30049800872803