Komandada çatışmazlıqlar həddindən artıq çoxdur” - Yunis Hüseynov

19:13 02-12-2017
Komandada çatışmazlıqlar həddindən artıq çoxdur” - Yunis Hüseynov

"Kəpəz" - "Sumqayıt" oyunundan sonra mətbuat konfransı keçirilib.
Sportmedia.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb: "Rəqibi təbrik edirəm. Yaxşı oynayıb qələbə qazandılar. Oyunla bağlı danışılası bir şey yoxdur. Hər şey göz qabağındadır. Görüşdən razı qalmadım. Son iki oyunda 9 top buraxmışıq. Bu da onu göstərir ki, komandada çatışmazlıqlar həddindən artıq çoxdur. İndiki halda komandamız birinci dəstə klubları ilə eyni səviyyədədir. Yalan danışmayaq. Premyer Liqa təmsilçiləri ilə qarşılaşmalarda bunu gördük. Kubokda "Binə"ni məğlub etsək də, onlardan fərqlənmədik".


.
.
.
0.30548310279846