Ardanın "Barselona"dakı karyerasına aydınlıq gəldi

12:58 03-12-2017
Ardanın "Barselona"dakı karyerasına aydınlıq gəldi

Türkiyə yığmasının üzvü Arda Turanın “Barselona”dakı karyerasına aydınlıq gəlib.
Sportmedia.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qış transfer dönəmində Kataloniya təmsilçisindən ayrılacaq.
Bunu futbolçunun meneceri Ahmet Bulut açıqlayıb. O, hələlik Ardanın hansı kluba keçəcəyinin müəyyənləşmədiyini söyləyib. Arda ilə bağlı Türkiyənin “Qalatasaray” klubu ilə görüşmədiyini bildirən menecer, danışıq apardığı komandalar arasında İtaliya, İspaniya və İngiltərə təmsilçilərinin olduğunu qeyd edib.
Qeyd edək ki, Arda "Barselona"ya 2015-ci ildə "Atletiko"dan keçib.


.
.
.
0.56853699684143