“Qarabağ”ın oyununu almanlar idarə edəcək

16:38 03-12-2017
“Qarabağ”ın oyununu almanlar idarə edəcək

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Roma” – “Qarabağ” qarşılaşmasının hakimləri müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, çempionumuzun bu mərhələdə sonuncu oyununu almaniyalı hakimlər briqadası idarə edəcəklər.
Matçın baş hakimi Tobias Stilier olacaq. Ona yan xəttdə Mayk Pikel və Yan Seydel kömək edəcəklər. Əlavə köməkçi hakimlər isə Bastian Dankert və Harm Osmers olacaqlar. Görüşün ehtiyat hakimi Kristian Cittelmann təyin olunub.
Qeyd edək ki, “Roma” – “Qarabağ” matçı dekabrın 5-də keçiriləcək və saat 23:45-də başlayacaq.


.
.
.
0.33201909065247