““Qarabağ”la oyundan sonra hazırlaşmaq çətin idi” - Ayxan Abbasov

20:50 03-12-2017
““Qarabağ”la oyundan sonra hazırlaşmaq çətin idi” - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə “Səbail”ə qalib gələn (1:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportmedia.az xəbər verir ki, Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- “Səbail”i təbrik edirəm. Stadionları və təlim-məşq bazaları uğurlu olsun. Çətin oyun oldu. “Qarabağ”la oyundan sonra bu matça hazırlaşmaq çətin idi. Lakin komanda olaraq toparlana bildik. Bu gün qalib gəlməklə, xal fərqini qoruyub saxlaya bildik. Bundan sonra kubok oyunlarına köklənəcəyik.
- “Qəbələ” ilə səfər oyunundan sonra hakimlərlə bağlı problem yaşanmışdı. Lakin bu gün də hakimlərdən narazı idiz...
- Oyunboyu belə hallar ola bilər. Vüqar Mustafayevin epizodunda cərimə zərbəsi doğrudan yox idi. Düzdü, Vüqar topu kənara vurduqdan sonra hakim ona haqlı sarı vərəqə verdi. Ümumiyyətlə, hakimlər barədə danışmağı xoşlamıram. Lakin oyun zamanı insan emosiyalarına əngəl ola bilmir. Matç zamanı hakimlə danışmaq normaldı.
- Qış fasiləsi ilə bağlı bağlı planlarınız artıq hazırdı, yoxsa “Neftçi” ilə oyunu gözləyirsiz?
- Qış planımız artıq hazırdı. “Neftçi” ilə oyunlardan sonra açıqlayacağıq.(komanda.az)


.
.
.
0.44614291191101