“Komandalar arasında səviyyə fərqi özünü göstərdi” - Samir Əliyev

22:34 03-12-2017
“Komandalar arasında səviyyə fərqi özünü göstərdi” - Samir Əliyev

Azərbaycan Premyer Liqasının 14-cü turunda evdə “Zirə”yə uduzan (0:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportmedia.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Evdə ilk oyunumuz idi. İstəyirdik yaxşı nəticə qazanaq. Komandalar arasında səviyyə fərqi özünü göstərdi. “Zirə” bizi hərtərəfli üstələdi. Hesabın kiçik olmasına baxmayaraq, rəqibdən hər cəhətdən geri qaldıq.
- Eqdaras Jaskis son oyunlarda yaxşı təsir bağışlamır. Matç zamanı da bir neçə dəfə ona etiraz etdiz. Onun komandadakı gələcək taleyi necə olacaq?
- İndi bu barədə heç nə deyə bilmərəm. Qış fasiləsində dəqiq qərar verəcəm. Qarşıda “Qəbələ” ilə iki oyunmuz var.
- Ümumiyyətlə, qış fasiləsi ilə bağlı planlarınız hazırdı, yoxsa “Qəbələ” ilə kubok oyunlarını gözləyirsiz?
- “Qəbələ” ilə oyunlardan sonra qış planlarımızı dəqiqləşdirəcəyik. Ancaq belədə, özüm üçün müəyyən şeyləri dəqiqləşdirmişəm.
- Komandadan neçə nəfər gedəcək?
- Hələ tam müəyyənləşdirməmişəm.
- Bu gün komanda gözlədiyiniz yerdədi?
- Mövsümün əvvəlində bu barədə heç düşünməmişdik. Kimləri heyətə cəlb edə bilirdiksə, etdik. Məqsədimiz qapazaltı olmamaq idi. Hansı yeri tutmaq barədə düşünmürdük.
- Bu gün komandanın nəticələrini qənaətbəxş saymaq olar?
- Bu gün “Kəpəz”i, “Keşlə”ni üstələyiriksə, qənaətbəxş saymaq olar. Əsas məqsədimiz Premyer Liqada qalmaqdı.(komanda.az)


.
.
.
0.3116500377655