Ən çox tamaşaçı “Kəpəz” - “Sumqayıt” matçında

11:44 04-12-2017
Ən çox tamaşaçı “Kəpəz” - “Sumqayıt” matçında

Azərbaycan Premyer Liqasının bu il sonuncu - 14-cü turunu stadiondan izləmiş azarkeş sayı müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, ən çox tamaşaçı əvvəlki turlarda olduğu kimi Gəncədə qeydə alınıb. 9500 azarkeş şəhər stadionunda “Kəpəz”in “Sumqayıt”a 0:3 hesablı məğlubiyyətinin canlı şahidi olub.
“Azərsun Arena”da keçirilmiş turun mərkəzi oyunu olan “Qarabağ” - “Neftçi” qarşılaşmasını (1:0) isə 3800 tamaşaçı izləyib.
Ən az azarkeş isə “Qəbələ”nin “Keşlə” ilə oyununda (3:0) qeydə alınıb - 300 tamaşaçı.
Bir neçə aylıq fasilədən sonra “Bayıl Arena”ya qayıdan “Səbail”in “Zirə” ilə ev qarşılaşmasını (0:1) isə 350 azarkeş tribunalardan izləyib.
Ümumilikdə, turun 4 oyununu 13950 tamaşaçı (orta hesabla hər oyuna - 3487) izləyib.


.
.
.
0.47835302352905