"Bu komanda ilə bundan artığını etmək mümkün deyil" - Prosineçki 

13:06 04-12-2017
"Bu komanda ilə bundan artığını etmək mümkün deyil" - Prosineçki 

Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçki açıqlama verib.
Sportmedia.az xəbər verir ki, xorvatiyalı mütəxəssis millimizlə müqavilə müddətini artırmamasının səbəbini açıqlayıb: “Başa düşdüm ki, bu komanda ilə bundan artığını etmək mümkün deyil və getmək vaxtım çatıb. Dünya çempionatının seçmə mərhələsində çox çətin görünən 10 xal topladıq. Norveçi məğlub etdik, Çexiya ilə bərabərə qaldıq. Bundan əlavə, məğlub olmağımıza baxmayaraq, Almaniya və İtaliya ilə görüşləri əla keçirdik. O ki qaldı Xorvatiya ilə matça, komandamdan yalnız cəsarətli futbol istəmişdim. Çünki istəyirdim ki, Bakıya hansı komanda gəlir-gəlsin, oyunçularım rəqibdən çəkinməsinlər. Futbol oynamağı tələb edirdim, müdafiədə oturmağı deyil. Üç il fasiləsiz çalışdıq və inkişaf etdiyimizi düşünürəm”.
Prosineçki 2014-cü ilin dekabrından 2017-ci ilin dekabrına qədər Azərbaycan millisini çalışdırıb.


.
.
.
0.3026750087738