“Qarabağ” "Stadio Olimpiko"da məşqə çıxacaq

15:33 04-12-2017
“Qarabağ” "Stadio Olimpiko"da məşqə çıxacaq

Çempionlar Liqasının qrup mərhələsinin son turunun oyunları çərçivəsində baş tutacaq "Roma" - "Qarabağ" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.
Sportmedia.az xəbər verir ki, bu gün “Qarabağ”ın məşqçisi Qurban Qurbanov Bakı vaxtı ilə saat 21:30-da "Stadio Olimpiko"da media mənsublarının önünə çıxacaq.
“Qarabağ”ın son məşqi isə saat 22:00-da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


.
.
.
0.39827108383179