Yığmamız turnirdə növbəti oyununu keçirib

20:50 04-12-2017
Yığmamız turnirdə növbəti oyununu keçirib

İranın İsfahan şəhərində təşkil olunan “4 Top Nations” turnirində iştirak edən futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Sportmedia.az xəbər verir ki, Rusiya yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Kardosa Everton, Karvalho dos Santos və Villiams Oliveira do Nascimento fərqlənib.
Aktivində 1 xal olan millimiz növbəti oyununu dekabrın 6-da, Bakı vaxtı ilə saat 09:30-da Qazaxıstan yığmasına qarşı keçirəcək.


.
.
.
0.54476499557495