“ Yenə "Qarabağ”ı məğlub etməliyik” - "Roma"nın baş məşqçisi

22:23 04-12-2017
“ Yenə "Qarabağ”ı məğlub etməliyik” - "Roma"nın baş məşqçisi

Sabah Çempionlar Liqasının qrup mərhələsinin son oyununda “Qarabağ”la qarşılaşacaq “Roma”nın baş məşqçisi Eysebio Di Françesko oyunöncəsi mətbuat konfransında iştirak edib.
Sportmedia.az xəbər verir ki, o, əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.
- Perotti və Nainqqolanın son durumları necədir?
- Çox xoşbəxtik ki, hər ikisi oyuna hazırdır. Amma Kolarovun vəziyyətinə diqqət yetirməliyik. O, SPAL-la matçda çox yorulub. Ancaq o da sabah meydana çıxa bilər.
- Digər matçda "Atletiko”dan sizə sərf edəcək nəticə gözləyirsinizmi?
- Biz öz oyunumuz haqda fikirləşirik. Hər bir turnirdə olduğu kimi Çempionlar Liqasında da taleyimiz öz əlimizdədir. "Qarabağ"ı məğlub edib növbəti mərhələyə yüksəlmək istəyirik.
- "Qarabağ”la oyunda sürpriz nəticə qeydə alına bilər?
- Onlar çox yaxşı komandadır. "Qarabağ” Madriddəki görüşdə "Atletiko”ya qarşı yaxşı oyun sərgiləyib. Bu, "Çelsi”nin ilk turda Londonda böyük hesabla üstələdiyi "Qarabağ” deyil.
- "Qarabağ"la ilk görüşdən sonra komandanızda nə dəyişib?
- Komandada çox şey dəyişib. Bakıdakı kimi, yenə "Qarabağ”ı məğlub etməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq.
- Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi?
- "Qarabağ”la matç bitəndən sonra bu barədə danışarıq. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam, bundan sonra da belə davranacam.


.
.
.
0.40977787971497