"Məncə, bu, utopiya deyil” - Dani Kintana

10:53 05-12-2017
"Məncə, bu, utopiya deyil” - Dani Kintana

"Qarabağ" komandasının futbolçusu Dani Kintana Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi açıqlama verib.
Sportmedia.az xəbər verir ki, futbolçu “Roma” ilə görüşdə qələbə arzuladığını deyib: “Atletiko”ya kömək etmək barədə düşünmürəm. "Roma" ilə matçda qələbə qazanmaq istəyirəm".
İspaniyalı yarımmüdafiəçinin sözlərinə görə "Roma"ya qalib gəlmək asan olmayacaq: "Məncə, bu, utopiya deyil. Biz Romada uğurlu nəticə əldə edəcəyimizə inanırıq”.
Qeyd edək ki, “Roma” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.


.
.
.
0.79001092910767