"Qəbələ" 2-ci dövrənin ən yaxşısı

19:39 05-12-2017
"Qəbələ" 2-ci dövrənin ən yaxşısı

Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.
Sportmedia.az xəbər verir ki, dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub.
Yalnız 1 heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı “Qəbələ”dir. “Qarabağ”la eyni – 18 xal toplayan “qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıb. “Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan “Qarabağ” müdafiənin etibarlılığında fərqlənib. “Zirə” dövrənin 3-cüsü, “Neftçi” 4-cüsü olub. II dövrədə keçirdiyi bütün oyunlarda uduzan “Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadır.
Qeyd edək ki, “Qarabağ” 16 xalla 6 oyun keçirdiyi I dövrənin qalibi olmuşdu.
1)Qəbələ          7   6   0   1   18-6   18
2)Qarabağ       7   6   0   1   11-3   18
3)Zirə               7   5   0   2   11-6   15
4)Neftçi           7   4   0   3   12-7   12
5)Sumqayıt     7   3   1   3   9-7     10
6)Səbail           7   2   1   4   5-11   7
7)Kəpəz           7   1   0   6   5-18   3
8)Keşlə             7   0   0   7  2-15   0


.
.
.
0.39388108253479