“Qarabağ” minimal hesabla məğlub oldu

02:00 06-12-2017
“Qarabağ” minimal hesabla məğlub oldu

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Qarabağ” “Roma”nın qonağı olub.
Sportmedia.az xəbər verir ki, matç meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Qeyd edək ki, qrupumuzdakı digər oyunda “Çelsi” “Atletiko”nu (Madrid) qəbul edib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Beləliklə, 6 oyunun nəticəsində 2 xal toplayan “köhlən atlar” qrup sonuncusu olub. “Roma” isə 11 xalla qrup birincisi olaraq növbəti mərhələyə adlayıb. “Çelsi” 11 xalla qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb. “Atletiko” isə 7 xalla qrup üçüncüsü olub və mübarizəni bundan sonra Avropa Liqasında davam etdirəcək.
“Roma” – “Qarabağ” 1:0
QOL: Dieqo Perotti 53.


.
.
.
0.60923290252686