İntizam Komitəsinin qərarları

14:22 06-12-2017
İntizam Komitəsinin qərarları

Bu gün İntizam Komitəsinin iclası keçirildi.
Sportmedia.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.
“İnter” Peşəkar İdman Klubunun (hazırkı “Keşlə” klubu) və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi” PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilsin.
Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.
Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “Neftçi” matçının 26-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XIV turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XIV turunun “Qəbələ” – “Keşlə” matçının 44-cü dəqiqəsində “Keşlə” klubunun məşqçisi Üzeyir İbrahimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 62).
I Divizionun XII turunun “Mil-Muğan” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 7 №-li futbolçusu Bayram Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
I Divizionun XII turunun “Zaqatala” – “Sabah” matçının 40-cı dəqiqəsində “Sabah” klubunun 10 №-li futbolçusu Cavad Kazımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 88-ci dəqiqəsində “Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmışdır. Oyun bitdikdən sonra “Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov hakimlər briqadasını təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Şüvəlan” – “Səbail” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 83-cü dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Samir Babayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK – “Keşlə” matçında MOİK klubu oyunu xərək daşıyan uşaqlarla təmin etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 67).


.
.
.
0.35386896133423