AƏFM layihəsi Naxçıvanda

21:14 06-12-2017
AƏFM layihəsi Naxçıvanda

“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazırliyinin təşkilatçılığı ilə dekabrın 5-də Naxçıvan şəhərində keçirilib.
Sportmedia.az xəbər verir ki, tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan MR-nın Gənclər və İdman Naziri Azad Cabbarov və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.
Uşaqlara müxtəlif idman ləvazimatları paylanıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.


.
.
.
0.3053879737854