Mətbuat konfransına “Zorro” geyimində çıxdı

12:44 07-12-2017
Mətbuat konfransına “Zorro” geyimində çıxdı

"Şaxtyor"un baş məşqçisi Paulu Fonseka maraqlı addım atıb.
Sportmedia.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti" üzərində qələbədən sonra (2:1) mətbuat konfransına "Zorro"nun kostyumunda gəlib.
44 yaşlı çalışdırıcı bununla da 1/8 finala çıxacaqları təqdirdə verdiyi sözə əməl edib.
Baş məşqçi bunun səbəbini belə izah edib: "Bu, mənim həyatımda ən şən mətbuat konfransıdır, hamı gülür. Hansı "Zorro"nu daha çox bəyənirəm, Alen Delon, yaxud Antonio Banderrasınkını? Cavab vermək çətindir. Hazırda daha çox Paulu Fonsekanın "Zorro"su xoşuma gəlir".


.
.
.
0.33470988273621