“Sumqayıt” FK “Qarabağ”la oyunun hazırlıqlarını davam etdirir

21:11 07-12-2017
“Sumqayıt” FK “Qarabağ”la oyunun hazırlıqlarını davam etdirir

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq olan “Sumqayıt” Futbol Klubu hazırlıqlarını davam etdirir.
Sportmedia.az xəbər verir ki, komanda bugün saat 11:00-da “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Cavid İmamverdiyev və Cavid Tağıyev zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bundan başqa əvəzedici heyətdən 4 futbolçu – Süleyman Piriyev, Tural Bayramlı, Ramil Orucov və Elvin Nəsibov əsas komanda ilə birgə çalışıb. 1.5 saat davam edən məşq prosesində əsasən toplu çalışmalar və fərdi hazırlığa üstünlük verilib.
Nəzərinizə çatdıraq ki, “Qarabağ” – “Sumqayıt” qarşılaşması 11 dekabr, saat 19:00-da “Azersun Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.


.
.
.
0.30900287628174