AÇ-2020: Bakının hansı qrupa ev sahibliyi edəcəyi müəyyənləşdi

22:14 07-12-2017
AÇ-2020: Bakının hansı qrupa ev sahibliyi edəcəyi müəyyənləşdi

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının açılış oyununun baş tutacağı şəhəri açıqlayıb.
Sportmedia.az xəbər verir ki, turnirin ilk matçı İtaliyanın paytaxtı olan Romada baş tutacaq.
AÇ-2020-nin qrup mərhələsinin matçlarının oynanılacağı şəhərlər də açıqlanıb. A qrupunun oyunları paytaxtımız Bakı şəhəri il birgə Romada təşkil ediləcək.
A qrupunun 3 qarşılaşması Bakıda baş tutacaq. 1/4 finalın 1 görüşü də ölkəmizdə keçiriləcək.
Yarım finallar və final isə Londonda keçiriləcək.
A qupu: Roma və Baku
B qrupu: Sant Peterburq və Kopenhagen
C qrupu: Amsterdam və Buxarest
D qrupu: London və Qlazqo
E qrupu: Bilbao və Dublin
F qrupu: Münhen və Budapeşt


.
.
.
0.30684804916382