Ronaldo beşinci dəfə "Qızıl top"a layiq görüldü

23:41 07-12-2017
Ronaldo beşinci dəfə "Qızıl top"a layiq görüldü

Fransanın "France Football" jurnalı 2017-ci ilin yekununa görə "Qızıl top"un sahibini açıqlayıb.
Sportmedia.az xəbər verir ki, ilin ən yaxşı futbolçusu mükafatı "Real" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldoya nəsib olub.
O, "Qızıl top" uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb.
Ronaldo "Qızıl topa" karyerası ərzində beşinci dəfə sahib olub (2008, 2013, 2014 və 2016-cı illərdə) və onlrın sayına görə Messiyə çatıb.


.
.
.
0.30903291702271