"Əsas odu ki, 3 xal qazandıq" - Qurban Qurbanov

22:53 08-12-2017
"Əsas odu ki, 3 xal qazandıq" - Qurban Qurbanov

"Qarabağ" Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış oyunda səfərdə "Səbail"ə 2:0 hesabıyla qalib gəlib.
Sportmedia.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:"Çempionatın son oyunu idi. Çox istəyirdik ki, qalib gələk. Çox şükür ki, hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçularımı təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odu ki, 3 xal qazandıq".


.
.
.
0.62736201286316