Fatih Terim bosniyalıların təklifini qəbul etmədi 

12:28 09-12-2017
Fatih Terim bosniyalıların təklifini qəbul etmədi 

Fatih Terim Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçməyəcək.
Sportmedia.az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.
Belə ki, türkiyəli mütəxəssis federasiya rəsmilərinin təklifinə mədəni şəkildə “yox” cavabını verib. Buna səbəb kimi isə onun tezliklə “Qalatasaray” komandasının baş məşqçisi postuna keçəcəyi göstərilib. Belə ki, “cim-bom”un hazırkı məşqçisi İqor Tudorla rəhbərlik dil tapmadığı üçün yaxın günlərdə onu Terimin əvəzləməsi gözlənilir.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin baş məşqçisi postuna namizədlərdən biri də Azərbaycan yığmasının sabiq çalışdırıcısı Robert Prosineçkidi.


.
.
.
0.36519384384155