Millinin baş məşqçi postunda dəyişiklik

14:00 09-12-2017
Millinin baş məşqçi postunda dəyişiklik

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının baş məşqçisi postunda dəyişiklik edilib.
Sportmedia.az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tofiq Heydərov işlərinin çoxluğu səbəbindən istefa verib.
Onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib. T.Heydərov fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.


.
.
.
0.56966805458069