“Qarabağ”dan mövsümün rekordu  

16:19 11-12-2017
“Qarabağ”dan mövsümün rekordu  

Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb.
Sportmedia.az xəbər verir ki, IV turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir. Bunadək də rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.
Qeyd edək ki, bunadək Ağdam klubu X turda “Səbail”i 1:0, XI turda “Kəpəz”i 2:0, XII turda “Sumqayıt”ı 2:0, XIII turda “Zirə”ni 3:2, XIV turda “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.


.
.
.
0.38660979270935